Milli Məclisin komitə sədri koronavirusa yoluxdu - VİDEO
Milli Məclisin deputatları arasında da koronavirusa yoluxanlar var.
AFN Oxu.Az-a istinadla xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov koronavirusa yoluxub.
O, bu günə qədər koronavirusa yoluxan xəstələrin müalicə prosesində yaxından iştirak edirdi.
Deputat məlumatı təsdiq edib. O bildirib ki, koronavirus testinin nəticəsi müsbət çıxıb:
“Bəli, koronavirusa yoluxmuşam. Vəziyyətim o qədər də pis deyil. Ev şəraitində karantində müalicəm davam edir. Əminəm ki, bu sınaqdan da üzüağ çıxacağam. Hər kəs özünü qorusun. Hər birinizə sağlam və təhlükəsiz həyat arzu edirəm”.
Xatırladaq ki, son günlər mediada Milli Məclisin 10-a yaxın deputatının koronavirusa yoluxduğu barədə məlumatlar yayılıb.
[media=https://baku.ws/uploads/posts/2020-11/1606026216_3d32ec06-86ec-40d3-a3c7-48d1703ab8de.jpg]