Putin: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”
Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" telekanalının efirində Dağlıq Qarabağ ərazisinin hansı ölkəyə məxsusluğu məsələsini şərh edib.
AFN xəbər verir ki, Kreml rəhbəri Qarabağın Azərbaycana məxsus olduğunu bildirib.
"Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımadı. Bu o deməkdir ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ və ətrafındakı rayonlar Azərbaycan Respublikası ərazisinin ayrılmaz hissəsidir", - deyə Rusiya lideri bildirib.
Bu halda o vurğulayıb ki, KTMT-yə üzvlük şərtləri Rusiya üzərinə münaqişəyə qarışmaq öhdəliyi qoymayıb.
Putinin sözlərinə görə, rəsmi Moskva Yerevanla hərbi-texniki əməkdaşlıq çərçivəsində öz öhdəliklərini tamamilə yerinə yetirib.
"Sizi inandırıram, Ermənistan özünü atılmış, unudulmuş hiss etmirdi. Və Rusiya hər şeyi etdi ki, bu olmasın", - dövlət başçısı fikirlərini yekunlaşdırıb.