Gürcüstanda daha 3 958 nəfər koronavirusa yoluxub, 36 pasiyent ölüb


Gürcüstanda ötən sutkada koronavirusa 3 958 yeni yoluxma faktı qeydə alınıb, 3 531 nəfər sağalaraq evə buraxılıb, 36 pasiyent isə vəfat edib.



“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

İndiyədək qonşu ölkədə COVID-19-a 108 690 nəfər yoluxub. Onların 89 170-i sağalıb, 1 012-sı isə dünyasını dəyişib.

Hazırda karantin rejimində 2 137, stasionar nəzarətdə 6 221 nəfər saxlanılır. Yüngül simptomları olan 3 736 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu