Teymur Rəcəbov bir günə üç qələbə qazandı


Şahmat üzrə "Skilling Open" turnirində ikinci oyun gününə yekun vurulub.



"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Teymur Rəcəbov 5 oyunundan 3 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə ayrılıb.

33 yaşlı qrossmeyster VI turda iranlı Alireza Firuzcanı qara, VII turda ermənistanlı Levon Aronyanı ağ fiqurlarla yenib. VIII turda qara fiqurlarla polşalı Yan-Kşiştof Dudaya qalib gələn Rəcəbov IX turda ağ fiqurlarla çinli Dinq Lirenə uduzub. X turda isə o, qara fiqurlarla niderlandlı Aniş Giri ilə heç-heçə edib.

Beləliklə, xalını 5-ə çatdıran Rəcəbov 10 turdan sonra ispaniyalı David Anton və iranlı Alireza Firuzca ilə birgə 8 - 10-cu yerləri bölüşür.

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları təşkil edən turnirin qalibi 30 000 dollara sahib olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu