Səhiyyə Nazirliyi koronavirusla mübarizə aparan həkimlərə əlavə pul ödəyib
Səhiyyə Nazirliyindən AFN-ə bildirilib ki, nazirliyin tabeliyində olan tibb müəssisələri üzrə 1 346 tibb işçisinə 1,07 mln manat məbləğində müddətli əlavə ödənilib.
Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.