Xocalının Quşçubaba kəndi Baharlı adlandırıldı
![](https://static.report.az/photo/554704fb-e422-3b78-a0e8-f86d7c19868d_850.jpg)
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında qanunu imzalayıb.
AFN-in məlumatına görə, qanuna əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılıb.