Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir


Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan kəndinə gedən yeni yol minalardan təmizlənir.



“Report”un işğaldan azad olunan Suqovuşan kəndinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən Suqovuşan kəndinə yeni salınacaq yolun ərazisidə minaların aşkarlanması və zərərsizləşdirilməsi prosesi davam edir.

ANAMA-nın əməkdaşları yolun kəçəcəyi ərazilərə baxış keçirir, xüsusi avadanlıqlara partlayıcı silahları aşkar edərək məhv edirlər.

Qeyd edək ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda 2 661 km uzunluğa malik respublika və yerli əhəmiyyətli avtomobil yolları var idi ki, onlardan 883 km respublika, 1 778 kilometri isə yerli əhəmiyyətli yollardır. Həmçinin bu yollar üzərində 90 avtomobil körpüsü də yerləşir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu