Nazir məktəb direktorlarının dərsləri qeyri-düzgün bölməsindən danışdı


“Qeyri-mərkəzləşdirilmiş sistem etimad və inama bağlıdır. Hazırda məktəb direktoru seçmə məsələsi bir tərəfə qalsın, hansı məktəbdə hansı fənni neçə saat dərs demək lazım olduğunu da Təhsil Nazirliyi müəyyən edir. Çünki hətta bu şərtlər çərçivəsində belə biz hər il bir neçə məktəb direktorunun həmin saatları qeyri-düzgün bölməkdə, paylamaqda problemlərini görürük”.



“Report” xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, 7 ildir müəllimlərin işə qəbulu mərkəzləşmiş qaydada keçirilsə də, aparılan yoxlama nəticəsində ildə çox olmasa da, az sayda imtahandan kənar işə qəbul cəhdləri olur:

“Son neçə illərdir ki, təhsil sistemində “günahkarı tapıb cəzalandırmaq” modelinə inanırıq, ancaq nəticə eyni olaraq qalır. Odur ki, qaydalara əməl edilsə ona kimin nəzarət edəcəyi o qədər də vacib deyil”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu