Viruslara təsir edir, immuniteti bərpa edir - İNOSEDA

İNOSEDA
Tərkibi:
İnozin pranobeks 500 mq
Farmakoterapevtik qrupu:
Birbaşa təsir edən virusəleyhinə preparatlar. Virusəleyhinə digər preparatlar.
Təsir mexanizmi:
1. Viruslara təsir edir (virus zülallarının translyasiyasını ingibə edərək virus replikasiyasını pozur)
2. İmmuniteti bərpa edir (immunodepresiya şəraitində limfositlərin funksiyasını bərpa edir, hüceyrə immunitetinin aktivliyini artırır, interferonun, immunoqlobulinlərin, neytrofillərin, monositlərin, makrofaqların sintezini artırır)
3. Papilloma virus infeksiyalarının (PVİ) əlamətlərini aradan qaldırır (residivləşən iti uclu kandilomaların monoterapiya müalicəsində)
Üstünlükləri:
KRVİ-nin risk faktorlarını azaldır
Xəstəliyin müddətini qısaldır
Xəstəliyin simptomlarını azaldır
Antibakterial terapiyaya tələbatı azaldır
İPV tərəfindən yaranan uşaqlıq boynu xərçənginin rast gəlmə tezliyini azaldır
Əks göstərişlər:
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
Podaqra, eləcə də qanda və sidikdə sidik turşusunun konsentrasiyası yüksəlmiş pasiyentlər;
Böyrəkdaşı xəstəliyi;
III dərəcəli böyrək çatışmazlığı;
6 yaşa qədər uşaqlar
Göstərişləri:
İmmun statusu zəifləmiş pasiyentlərdə virus etiologiyalı infeksion xəstəliklər: qrip, paraqrip, kəskin respirator virus infeksiyaları, o cümlədən rinovirus və adenovirus infeksiyaları, virus etiologiyalı bronxit, epidemik parotit, qızılca;
I və II tipli Herpes simplex (dodaqların, üz dərisinin, ağız boşluğunun selikli qişasının, əllərin dərisinin herpesi, oftalmoherpes, genital herpes), Herpes (Varicella) zoster (suçiçəyi, kəmərvari dəmrov, o cümlədən immunçatışmazlıqlı pasiyentlərdə residivləşən) ilə törədilən herpetik infeksiyalar;
16 və 18 tipli insan papilloması virusu (İPV) ilə törədilən infeksiyalar;
Virus etiologiyalı yarımkəskin sklerozlaşan panensefalit;
İmmuniteti zəifləmiş (xlamidioz) pasiyentlərdə tənəffüs yollarının və sidikçıxarıcı sistemin xroniki residivləşən infeksiyaları.
İstifadə qaydası və dozası:
Uşaqlarda sutkalıq doza 50 mq/kq-dır. Sutkalıq doza 3 qəbula bölünür.