MN: 1 245 hərbi qulluqçumuzun müalicəsi davam etdirilir

Müdafiə Nazirliyi tibb müəssisələrində müalicə olunan yaralı hərbçilərin sayını açıqlayıb.
AFN xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, hazırda 1 245 nəfər hərbi qulluqçumuzun müalicəsi davam edir.
Qeyd edək ki, Vətən müharibəsində Azərbaycanın 2 783 hərbi qulluqçusu şəhid olub