Dünyada koronavirusa yoluxanların sayı 67 milyonu ötüb


Dünya üzrə koronavirusa yoluxanların ümumi sayı 67 048 832 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 537 558 nəfərə çatıb.



“Report” xəbər verir ki, bu barədə koronavirus pandemiyasının statistikasını aparan “Worldometer” saytı məlumat yayıb.

Qeyd olunub ki, infeksiyaya yoluxan 46,5 milyon pasiyent sağalıb.

Hazırda koronovirusdan 19 092 969 nəfər müalicə alır, 105 990 pasiyentin vəziyyəti ağırdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu