Cəlilabadın icra başçısı rüşvət alarkən həbs edildi YENİLƏNMİŞ


Xəbər verdiyimiz kimi, bu gün hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

Unikal.org-un məlumatına görə, RİH-nin başçısı Namiq Zeynalov rüşvət alarkən həbs edilib.

Qeyd edək ki, o, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənova yaxınlığı ilə tanınır.

11.40

Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.

Qaynarinfo Sabah.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar var.

Qeyd edək ki, Cəlilabad rayonunun icra başçısı 2018-ci ilin fevralın 6-dan Namiq Zeynalovdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu