Şuranın dəstəyilə DiasporPress saytı yenidən qurulub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan “DiasporPress.az informasiya portalının təkmilləşdirilməsində əsas məqsəd Pandemiya şəraitində diaspor təşkilatları ilə bağlı informativ monitorinqin aparılması və Qələbə qazandığımız ikinci Qarabağ muharibəsi ilə bağlı prosesləri obyektiv cəmiyyətə çatdırmaqdan ibarətdir. DiasporPress.az saytı 5 ilə yaxındır ki, fəaliyyət göstərir.