Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik edildi - FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu”nda, “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” fərman imzalayıb.
AFN-in məlumatına görə, fərmanda deyilir: “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu”nda, “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik təsdiq edilsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.