Gürcüstanda ötən sutkada koronavirusdan 49 nəfər vəfat edib
Gürcüstanda son sutkada daha 1 337 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 3 498 nəfər sağalıb, 49 pasiyent isə vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 191 063-ə çatıb. Yoluxanların 161 681-i sağalıb, 1 839-u isə ölüb.
Hazırda karantin rejimində 986, stasionar nəzarətdə 6 912 nəfər var. 2 886 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.