Kamil Zeynallıya 30 sutka həbs cəzası verildi - YENİLƏNİB


Göygöl Rayon Məhkəməsi fitnes məşqçisi Kamil Zeynallı ilə bağlı qərarı açıqlayıb.



“Report”un xəbərinə görə, qərara əsasən, K.Zeynallı 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, K.Zeynallı əvvəllər də bir neçə dəfə inzibati qaydada həbs olunub.

***

Kamil Zeynallının saxlanma səbəbi məlum olub.



AFN xəbər verir ki, Göygöl rayonu ərazisində işğaldan azad edilən ərazilərə getməyə cəhd edib. Lakin ona ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən icazə verilməyib. Bundan sonra K.Zeynallı polisin qanuni tələbinə tabe olmayıb.

***

Fitnes məşqçisi Kamil Zeynallı Göygöl rayonu ərazisində saxlanılıb.



"Report” xəbər verir ki, Göygöl Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılan K.Zeynallı hazırda məhkəmə qarşısına çıxarılır.

Onun hansı səbəbdən saxlanılması barədə hələlik məlumat yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu