Neymarın zədəsinə aydınlıq gəldi


Fransa çempionatının XIV turunun "Lion"la oyununda zədələnən PSJ-nin hücumçusu Neymarın durumuna aydınlıq gəlib.



"Report" Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçunun sol topuğunda burxulma aşkarlanıb.

Bununla belə, 28 yaşlı forvardın zədəsinin ciddi olmadığı bildirilib. Onun hansı müddətə sıradan çıxdığı isə açıqlanmayıb.

Qeyd edək ki, PSJ - "Lion" oyunu meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçın sonlarında zədələnən Neymar meydanı xərəkdə tərk edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu