Sabahın hava proqnozu açıqlanıb


Dekabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb.




Milli Hidrometeorologiya Xidmətindən AFN-ə verdilən məlumata görə, dekabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 8-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. Dekabrın 21-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan

4 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu