ÜST COVID-19-un yeni növü barədə məlumatları şərh edib
Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) koronavirusun yeni ştamlarının ölümə təsiri barədə heç bir dəlil yoxdur.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ÜST-nin Rusiyadakı nümayəndəsi Melita Vuinoviç bildirib.
“İndi heç bir dəlil yoxdur, bunun patogenliyə, xəstəyin ağırlıq dərəcəsinə, ölümə təsir etdiyini söyləmək üçün kifayət qədər məlumat yoxdur”, - o deyib.
Qeyd edək ki, koronavirusun mutasiya olunmuş növü dekabrın ortalarında aşkar edilib. Böyük Britaniya Səhiyyə Nazirliyi yeni SARS-CoV-2-nin adisindən daha sürətli yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib. Britaniyanın Baş naziri Boris Conson yeni ştammın ilkin variantdakına nisbətən 70% daha yoluxucu olduğunu söyləyib.
Bundan sonra 20-dən çox ölkə Britaniya ilə nəqliyyat əlaqələrini ləğv etməyə və ya məhdudlaşdırmağa qərar verib.
ÜST-dən həmçinin Niderland və Avstraliyada da koronavirusun yeni ştammının aşkar olunduğu bildirilib.