"Vətən yaxşıdır" oxuyub dastana dönən şəhid Xudayar


“Şair, sorma Vətən nədən yaxşıdır?” dedi şəhid Xudayar. Elə bil bu mahnının sözlərilə dastana çevriləcəyini bilirdi. Vətən uğrunda mübarizə apararkən tək arzusu, istəyi doğma Vətən torpaqlarının yağı düşməndən azad olmasını görmək olub.



“Report”un Qarabağ Mərkəzinin əməkdaşları Bərdə rayonunda Vətən müharibəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin giziri Xudayar Yusifzadənin yaşadığı evə baş çəkib, ailə üzvlərilə həmsöhbət olublar.

Xudayar Yusifzadə 1998-ci ildə Bərdə rayonunda anadan olub. Evin kiçik övladı olan Xudayarı ətrafı həmişə gülərüz biri kimi tanıyıb. Elə kiçik yaşlarından gözəl səsi olduğu üçün Bərdə şəhər 1 №li musiqi məktəbinin xanəndəlik sinfini əla qiymətlərlə bitirib. Hərbi xidmətdən sonra Dövlət Sərhəd Xidmətində işə başlayıb.

Şəhidin anası deyir ki, Xudayar Ağcabədidə keçirilən Muğam müsabiqəsinin iştirakçısı olub. Sənəti və səsi ilə müsabiqənin qaliblərindən biri olsa da o, incəsənəti deyil, hərbiçi olmağı üstün tutub”.

Nənəsi deyir ki, Xudayar uşaqlıqdan Şuşanın dağları mahnısını oxuyardı.

İyul hadisələri başlayandan sonra xidmət etdiyi Dövlət Sərhəd Xidmətindən könüllü ərizə yazaraq cəbhə xəttinə göndərilmək istəyini bildirir. Müharibə başlayandan sonra evlə telefon əlaqəsi saxlayan Xudayar babasına və dayısına məcburi köçkün vəsiqələrini atmalarını tövsiyə edib. Deyib ki, siz daha məcburi köçkün deyilsiniz: "İnşallah, Ağdamda görüşərik".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu