Tovuzda Şəhidi qurban kəsərək qarşıladılar – VİDEO

Tovuz rayonu Qaraxanlı kənd camaatı Vətən Müharibəsində 70 gün öncə itkin düşən və sonradan döyüşlərdə qəhramancasına şəhid olduğu müəyyən edilən həmkəndlisini olduqca qeyri-adi qarşılayıb.
NOCOMMENT.az-a kənd camaatının verdiyi məlumata görə, Müddətdən Artıq Hərbi Xidmətdə (MAXE) olan 1995-ci il təvəllüdlü kiçik çavuş, şəhid Vəlixanov Rövşən Aydın oğlunu ailəsi həyətlərində qurban kəsərək qarşılayıb.
Müharibənin ilk günlərindən döyüşlərə qatılan Rövşən axırıncı dəfə sentyabrın 30-da ailəsinə zəng edərək danışıb. Oktyabrın 2-də Kəlbəcər istiqamətində döyüşlərə gedib və həmin gündən bir xəbər yox idi.