"Azəriqaz": 11 ayda əhali abunəçilərinin 15 %-i güzəştli limit həddini keçib


Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində qeydiyyatda olan 2 317 683 əhali abunəçisinin cəmi 15,6 %-i illik hər kubu 10 qəpikdən satılan 2 200 kubmetrlik güzəştli limit həddini keçib.



"Report" quruma istinadən xəbər verir ki, bu da say etibarı ilə 361 926 abunəçi deməkdir.

Yerdə qalan 1 955 757 abunəçi (ümumi əhali abunəçilərinin 84,4 %-i) qazdan güzəştli limit daxilində istifadə edib.

Bundan əlavə, ötən ilin eyni dövrünə nisbətən qaz itkilərinin azalma fərqi 0,9 % olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında qaz şəbəkəsində aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub.

"Strateji Yol xəritəsi”ndə “Azəriqaz” üçün itkilərlə bağlı hədəf 8 % müəyyənləşdirilib ki, bu il bu hədəfə çatılması təmin ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu