Maliyyə naziri: "İşğaldan azad olunan ərazilərin yenidən qurulması ən ümdə məsələdir"

“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.
Nazir qeyd edib ki, Prezident İlham Əliyev vətəndaşların rifahının daha da yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Bu, gələn ilin büdcə layihəsində də öz əksini tapıb.