Prezident İlham Əliyev və xanımı Qubadlıdan Bakıya xurma gətirdi


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı rayonunda olarkən onlara Qubadlı məhsulu olan xurma sovqatı verilib.



AFN-in xəbərinə görə, sovqata baxan dövlət başçısı deyib:

"Əladır. Aparırıq Bakıya. Qubadlı xurmasından yeyəcəyik. Elə yerə qoyun əzilməsin".

Qeyd edək ki, dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu