Bir qrup hərbçi “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi


Dekabrın 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.



Sərəncama əsasən, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 12 min 523 hərbi qulluqçu "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Bu medala layiq görülən hərbi qulluqçuların 4-ü general-leytenant, 8-i general-mayor, 47-si polkovnikdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu