İcbari tibbi sığorta: büdcəyə nə gedəcək, paketdə nə var? - ŞƏRH


Gələn il yanvarın 1-dən icbari tibbi sığorta ilə bağlı ödənişlər başlayır. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən 2% tibbi sığorta haqqı tutulacaq. Yəni, dövlət və neft sektorunda çalışanlar, məsələn, 500 manat maaş alırsa, 10 manat işəgötürən, 10 manat da işçi tibbi sığorta pulu ödəyəcək.



Özəl sektora 2021-ci ildə güzəşt edilir, bu sahədə həm işəgötürən, həm işçi 1% tibbi sığorta pulu ödəyəcək, yəni, özəl sektorta çalışanlar, məsələn, 500 manat maaş alırsa, 5 manat işəgötürən, 5 manat da işçi ödəniş edəcək. Amma 2022-ci ildən bu sahədə də ödənişlər 2% hesablanacaq.

AFN xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli prosesi şərh edib. Onun fikrincə, bu, o qədər də böyük məbləğ deyil, amma öncədən icbari tibbi sığorta vətəndaşa nə verir – bu məsələyə aydınlıq gətirilməlidir: "Bu məsələdə ciddi qarışıqlıq var, sullar meydana çıxır: Dövlət və neft sektorunda maaşlar müxtəlifdir, 300 manatdan 3000 manata qədər dəyişir, eyni qaydada ödənişlər olunsa, məsələn, 300 manat alan aya 12 manat (həm özü, həm işəgötürən) ödəyəcək, bu ilə 144 manat edir, həmin şəxs il ərzində icbari tibbi sığortaya görə, məsələn, əməliyyat ola biləcəkmi? Ya da, bahalı analizlər verə, UZİ, MRT ola biləcəkmi?

Özəl sektorta maaşlar daha azdı və qeyri-rəsmi iş yerləri daha çoxdur, bu sektorta 300 manat maaş alan 2021-ci ildə 72 manat ödəniş edəcək, xəstələnsə, ya da tibbi müayinə lazım olsa, ona hansı xidmətlər göstəriləcək?! Qeyri-rəsmi çalışanların sayı çoxdur, onların rəsmiləşdirilməsi üçün hansə təşviq addımları olacaq?! Uşaqlar, təqaüdçülər, işsizlər üçün dövlət ayda 10 manat ödəyəcək – ilə 120 manata bu şəxslər hansı xidmət ala biləcəklər?!
Bu suallara aydın cavab olmasa, həkimlərin də maraqları nəzərə alınmasa, vətəndaşın özünün və işə götürənlərin icbari tibbi sığortaya marağı yaranmasa bu institutunun işlək olması mümkün deyil".
N.Cəfərlinin sözlərinə görə, məhz belə səbəblərdəndir ki, icbari tibbi sığorta ilə bağlı 21 ildi qərar verilib, amma hələ tətbiqi mümkün olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu