Leytenant Fuad Nəbiyev: "Vətən torpağı uğrunda vuruşmağım mənim ali və müqəddəs borcumdu"


Sentyabrın 27-dən başlanan Vətən müharibəsində Azərbaycan ordusunun əsgərləri erməni qəsbkarları tərəfindən işğal edilmiş torpaqlarımız azad etmək üçün böyük igidliklər göstərib, qəhrəmanlıqlar nümayiş etdirib, düşmənlərin, qaniçən ermənilərin qorxulu röyalarına dönüb, onların başlarına sözün əsl mənasında od ələyərək, cəhənnəmə vasil ediblər…



Yenə də ordumuzun igid əsgərləri torpaqlarımızın erməni vandallarından xilas etmək üçün böyük əzmkarlıq nümayiş etdirməkdədirlər. İkinci Qarabağ müharibəsində igid əsgərlərimiz öz qanları bahasına Qarabağı və ətraf rayonları erməni faşistlərinin işğalından azad etdilər. Bu zəfər təbii ki, həm müzəffər ordumuzun əsgərləri və eyni zamanda ölkə başçımızın güclü səyi nəticəsində baş verdi.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda baş tutan 44 günlük Vətən müharibəsində 2783 əsgərimiz şəhidlik zirvəsinə ucaldı. Əsgərlərimizin əksəriyyəti isə bu müharibədə sücaət göstərərək yaralandılar, qazi oldular.

Vətən müharibəsində ən böyük qanlı döyüş Hadrut qəsəbəsinin azad olunmasında baş verib. Qeyd olunan ərazi 1992-ci ilin oktyabrın 2-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilərək, burada olan soydaşlarımız soyqırıma məruz qalmışdılar. Hazırda rəşadətli ordumuzun səyi nəticəsində Hadrut qəsəbəsi işğaldan azad edilib. Hadrut qəsəbəsinin azad olunmasında bir çox igid əsgərlərimiz iştirak ediblər. Biz onlarla həmsöhbət olmağımızı özümüzə borc bildik və keçdikləri döyüş yolu haqqında fikirlərini öyrəndik.

Həmsöhbətim leytenant Fuad Nəbiyev oldu. Fuad Nəbiyev Vətən torpağı uğrunda vuruşmağı özünün ali və müqəddəs borcu olduğunu bildirib. Döyüş zamanı əsgər yoldaşlarının, tabor komandiri polkovnik-leytenant Elnur Əhmədovun qəhrəmanlığından danışıb. Fuad Nəbiyev qeyd edib ki, biz hər birimiz işğal altında olan torpaqlarımızın azad olunması üçün Ali Baş Komandanımız Cənab İlham Əliyevə borcluyuq. Çünki ölkə başçısının "İrəli!" əmri bizə böyük qüvvə verdi.

Onu da qeyd edim ki, zabit Fuad Nəbiyev Hadrut qəsəbəsinin azad olunmasında qəlpə yarası alaraq xüsusi igidlik göstərib. Özü yaralı olan zabit döyüş bölgəsində olan bir çox əsgərlərimizi ölümdən xilas edib. İştirak etdiyi döyüşlərdə yüzlərlə erməni dığasını məhv edib.

Sonda bir jurnalist olaraq qeyd etmək istəyirəm ki, xalqımız Fuad Nəbiyev, Elnur Əhmədov kimi digər əsgər və zabitlərimizlə fəxr edir, onlarla böyük qürur hissi keçirir.

Var olsun bizim mərd igidlərimiz!

Allah cəmi igid əsgərlərimizi qorusun!

AMİN!






Yenian.info



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu