Azərbaycanda bu tarixdə iri ticarət mərkəzləri və "Mall"ar açılacaq - AÇIQLAMA
Bununla bağlı danışan deputat Azər Badamov bildirib ki, ölkədə tətbiq olunmuş sərt karantin rejimi öz müsbət nəticəsini verir:
"Karantin rejimi sərtləşdirilənə qədər gündəlik yoluxmaların sayı 4 mindən çox idisə, son günlər min ətrafındadır. Tətbiq olunmuş məhdudiyyətlərin Yeni il bayramı günlərində daha da sərtləşdirilməsi, düşünürəm ki, yoluxmaların sayını kəskin azaldacaqdır. Həm də yeni ildən başlayaraq peyvəndlənmə işlərinə start veriləcəkdir. Əgər kütləvi pevəndlənmə edilərsə, təbii ki, vəziyyətdən asıllı olaraq fevral və ya mart aylarınd karantin rejiminin sərtləşdirilməsinə ehtiyac qalmaz və tətbiq olunmuş məhdudiyyətlər ləğv oluna bilər. Məhdudiyyətlərin ləğv olunması bütün sahələrə, o cümlədən iri ticarət mərkəzlərinə də şamil oluna bilər. Bununla yanaşı qeyd etmək istəyirəm ki, sərt karantin rejimində ediləcək yumşalmalar gündəlik yoluxmaların dinamikasından asıllı olacaqdır".
(sonxeber.az)