Nailə Mirməmmədli dəfn olundu


Azərbaycanın Əməkdar incəsənət xadimi, Bakı Dövlət Universitetinin Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru, bəstəkar Nailə Mirməmmədli son mənzilə yola salınıb.



“Report” xəbər verir ki, mərhumla vida mərasimində onun yaxınları, sənət dostları və tələbələri iştirak edib.

Vida mərasimindən sonra o, Qurd qapısı qəbiristanlığında həyat yoldaşı Hikmət Mirməmmədli və dənizdə boğularaq ölən oğlunun yanında torpağa tapşırılıb.

Xatırladaq ki, N.Mirməmmədli 59 yaşında bu gün səhər saatlarında qəfil ürək tutmasından vəfat edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu