Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir
![](https://static.report.az/photo/1b89c09c-0532-306c-8415-60f25ca3ec7e_850.jpg)
Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir.
Bu barədə AFN-ə AZAL-dan bildirilib.
Hava şəraiti normallaşan kimi, bütün təxirə salınmış reyslər eyni gündə yerinə yetiriləcək. Sərnişinlərə bu haqda məlumat təqdim ediləcək.
Xüsusilə sərnişinlərin nəzərinə çatdırılır ki, təxirə salınmış uçuşların sərnişinlərinin COVID-19-a dair mənfi nəticəsi olan tibbi arayışı həmin istiqamətdə uçuşlar bərpa edildikdə etibarlı olacaqdır.
Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı reysi gündə bir dəfə həyata keçirilir.