Üç il əvvəl “ruh görən” gənc kimi, bu gün “psixoterapevt” kimi təqdim olundu - ATV-nin efirində (VİDEO)


Rejissor Vüsalə Mirzoyeva ATV-nin "Həkimsən" tibbi verilişində psixoterapevt kimi təqdim olunan "Ailə Psixoloji Xidmət və Nitq İnkişafı Mərkəzi"nin həkimi Orxan Şəfizadə haqda ciddi faktın üstünü açıb. Belə ki, xanım rejissor bu gün həkim (psixoterapevt) deyə təqdim edilən bu gəncin əslində ixtisaslı həkim olmadığını bildirib. Onun sosial şəbəkədə O.Şəfizadə ilə bağlı yazdığı statusu təqdim edirik:



“Mən bunu görüb şoka düşdüm. Bu oğlan özünü psixoterapevt kimi qələmə verir, ATV-də həkim verilişinə çıxır. Dəhşətdi sadəcə. Mən bunu əla tanıyıram, adı Orxandır. Qonşumdu. Kafedə ofisiant işləyirdi. Sonra işsiz qaldı. Arada dedi öncəgörənəm və qonşular da inanıb, bundan nəsə soruşurdular. Dedikləri də həmişə tərsinə olurdu. 2016-2017 ci illərdə ATV-də hazırladığım ''3-cü göz'' verilişimə telefonlara cavab versin deyə işə götürdüm. Maaş da verirdik az-çox. Sonra veriliş dayandı və aparıcım olan psixoterapevt onu işsiz qalmasın deyə “Loqos” Tibb Mərkəzinə qapıçı kimi işə düzəltdi. Daha sonra məlum oldu ki, həmin psixoterapevtin pasientlərini azdırırmış və özünü də mütəxəssis kimi göstərərək yanına çağırırmış. Buna görə ordan qovuldu. İndi bildiyim qədər 1 ildən çoxdu yalançı sertifikat alıb, hansısa saxta mərkəzlərdə işə düzəlib. İnstaqramda özünə psixoterapevt kimi profil də açıb, guya Rusiyada təhsili alıb kimi yazıb. Özü də psixoloq da yox, birbaşa psixoterapevt! Yəni heç bir savadı olmadığı halda dərman da yaza bilir”.
Qeyd edək ki, O.Şəfizadə bu gün ATV-də yayımlanan ''Həkimsən'' verilişinə çıxıb: “Pul qarşılığında reklam olunur. O, Rusiyada sadəcə bir müddət yaşayıb və qiyabi olaraq hüququ bitirib orda”.
AFN-ə açıqlamasında V.Mirzoyeva məsələ ilə bağlı başqa bir maraqlı məqamı diqqətə çatdırdı. Belə ki, 2017-ci ildə ATV-də yayımlanan “3-cü göz” verilişində (aşağıda təqdim edəcəyimiz videya baxın-red.) O.Şəfizadə gözünə ruhlar görünən bir gənc kimi efirdə yer alıb. Və üzərindən cəmi 3 il keçdikdən sonra o, həmin TV-nin efirində “həkim” kimi təqdim olunur.
Nədənsə nə “Həkimsən” verilişinin yaradıcı heyəti, nə ATV rəhbərliyi, nə də onu “həkim” kimi işlədən "Ailə Psixoloji Xidmət və Nitq İnkişafı Mərkəzi"nin rəhbərliyi bu gəncə inanaraq yanına gələcək, pul xərcləyəcək, bəlkə də olan-qalan vəsaitini sərf edəcək pasiyentlərə qətiyyən acımırlar. Üstəlik, bunun bir cinayət olduğunu unudurlar. Ümid edirik ki, müvafiq qurumlar məsələ ilə bağlı ölçü götürəcəklər.



[url=http://myvideo.az/channels.aspx?timer=080120211310&channel=atvaz.m3u8]"Həkimsən" verilişinin linki burada:[/url]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu