Şirkət direktoru vəzifəsindən azad edildi


"Synergy Group" MMC-yə daxil olan "Synergy Technics" MMC-nin direktoru İlkin Quliyev vəzifəsindən azad edilib.



"Report" xəbər verir ki, onun yerinə hələ ki, təyinat olmayıb.

Xatırladaq ki, bir qədər əvvəl holdinqə məxsus “Synergy Construction” MMC-nin direktoru, həm də şirkətlər qrupunun keçmiş rəhbəri Rauf Axundov da vəzifəsini itirib.

“Synergy Group” 2010-cu ildə yaradılıb, Azərbaycanda qeyri-neft sektorunda fəaliyyət göstərən ən iri özəl holdinqlərdən biridir. Onun nizamnamə kapitalı 50 milyon manatdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu