Almaniya müdafiə nazirinin Putinlə bağlı sözlərinə Lavorun münasibəti sərt oldu


Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniya müdafiə nazirinin Putin haqqında səsləndirdiyi fikri şərh edib.


AFN.az xəbər verir ki, Almaniya müdafiə naziri Boris Pistorius “Vladimir Putinsiz dünyanın daha yaxşı olacağını” deyib. Buna münasibət bildirən Sergey Lavrov almaniyalı naziri avropalı həmkarlarını öyrənməyə çağırıb.

"Hansı dünyanın daha yaxşı olacağına və dünyanın kimdən qurtulmalı olduğu fikrini söyləmək üçün onlar Avropa İttifaqından olan həmkarlarını öyrənmək prosesindən başlamalıdırlar. Alman siyasətçilərindən çoxlu kobud ifadələr eşitmişik. Əslində onlar ilk növbədə Almaniyanın daxili siyasətinə baxmalıdırlar”, - Sergey Lavrov belə deyib.

Qeyd edək ki, Rusiya XİN başçısı bunları Sudanın xarici işlər naziri Əli əl-Sadiq Əli ilə birgə mətbuat konfransında deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu