Sergey Lavrov Qarabağdakı gərginliyə münasibət bildirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağdakı gərginliyə münasibət bildirib.
“Report” TASS-a istinadən xəbər verir ki, o, regiondakı gərginlikdən narahat olduğunu deyib.
“Rusiya Qarabağda münaqişə tərəflərini təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırır. Qarabağdakı ziddiyyətlər diplomatik yolla həll edilməlidir”, - S.Lavrov söyləyib.
Rusiya XİN-dən isə bildirilib ki, ölkənin ali rəhbərliyi, həmçinin S.Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları ilə Qarabağdakı vəziyyətlə bağlı sıx təmasdadır.