Sergey Lavrov Nikol Paşinyana cavab verib
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı fikirlərinə münasibət bildirib.
AFN TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə rusiyalı nazir jurnalistlərə açıqlamasında danışıb.
“Mənim üçün bu suala cavab vermək çətindir. Çünki biz Ermənistanın Baş nazirinin Rusiyanın Qarabağdakı sülhməramlı əməliyyatı kontekstində müzakirəyə çıxarmaq istədiyi konkret təklifləri görməmişik”, - o vurğulayıb.
S.Lavrov onu da qeyd edib ki, Ermənistanın əlavə təşəbbüslər irəli sürmək hüququ var.