ABŞ, Britaniya və Kanada səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb


ABŞ, Böyük Britaniya və Kanadanın Rusiyadakı səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıblar.


AFN.az TASS-a istinadən xəbər verir ki, buna səbəb Rusiyanın işlərinə müdaxilə və diplomatik statusa uyğun gəlməyən fəaliyyətlərdir. "Rusiyanın daxili işlərinə kobud müdaxilə və diplomatik statusa uyğun olmayan fəaliyyətlə əlaqədar ABŞ, Böyük Britaniya və Kanadanın səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar", - deyə agentlik xarici siyasət idarəsinə istinadən bildirib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova publisist Vladimir Kara-Murza Rusiya Federasiyasında xarici agent kimi həbs edilərək barəsində hökmün elan edildikdən sonra üç ölkənin səfirlərinin verdikləri bəyanatları "Rusiyanın daxili işlərinə birbaşa müdaxilə" kimi dəyərləndirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu