Papua Yeni Qvineyada vulkan püskürməsi səbəbindən 13 mindən çox insan təxliyə edilib


Papua Yeni Qvineya hakimiyyəti Ulavun vulkanının püskürməsi ilə əlaqədar Yeni Britaniya adasının qərbində 13 mindən çox insanı təxliyə edib.



Bu barədə Radio New Zealand məlumat yayıb.

Noyabrın 20-də aktivləşən Ulavun vulkanının püskürməsi ilə əlaqədar Yeni Britaniya adasının qərb bölgələrində yerləşən kəndlərin 13 mindən çox sakini adanın şərq sahilindəki Bialla şəhərində yerləşən dörd tibb mərkəzinə təxliyə edilib.

Həmçinin bildirilir ki, püskürmə nəticəsində Yeni Britaniya adasının qərb bölgələrinə çoxlu kül düşüb, yollar bağlanıb, hava hərəkəti dayandırılıb. Papua Yeni Qvineya polisinin vulkan püskürməsi zamanı ölənlər barədə hələlik məlumatı yoxdur, lakin departament qeyd edir ki, evakuasiya edilmiş insanların humanitar yardıma ciddi ehtiyacı var.

Püskürmənin nəticələrini aradan qaldırmaq üçün ölkə hökuməti fövqəladə hallar xidmətlərinin işini əlaqələndirəcək və humanitar yardımı paylayacaq operativ baza yaradıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu