ABŞ və Kanadada salmonella epidemiyası 8 nəfərin ölümünə səbəb olub


Xarab qovunun səbəb olduğu salmonella epidemiyası nəticəsində ABŞ-da 3, Kanadada 5 olmaqla 8 nəfər ölüb, yüzlərlə insan xəstəxanalara yerləşdirilib.



ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) verdiyi açıqlamada, noyabrın ortalarından bəri 38 ştatda 230 nəfərin salmonella epidemiyasından təsirləndiyi bildirilib.

Açıqlamada xəstələrdən 96-nın xəstəxanaya yerləşdirildiyi, 3 nəfərin dünyasını dəyişdiyi bildirilib.

Kanada səhiyyə rəsmiləri həmçinin ölkədə 129 hadisənin olduğunu və xəstəxanaya yerləşdirilən 44 nəfərdən 8-nin öldüyünü açıqlayıb.

CDC xəstəliyin mənbəyinin bazarlarda kəsilərək satılan qovuna diqqət çəkərək, xalqı mənşəyi məlum olmayan qovunları almamağa və istehlak etməməyə çağırıb.

ABŞ Qida və Dərman İdarəsi (FDA) da epidemiya ilə əlaqəli markaların məhsullarını geri çağırdıqlarını açıqlayıb.

Salmonella simptomları

Salmonellanın simptomlarına ishal, ürəkbulanma, qusma və qızdırma daxildir.

Əksər hallarda simptomlar bir neçə gün ərzində yox olsa da, xüsusilə gənclərin və immun sistemi zəif olanların xəstəxanaya yerləşdirilməsinə ehtiyac ola bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu