ABŞ-da salmonella epidemiyası: 6 nəfər xəstəxanaya yerləşdirilib


ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi mal ətinin səbəb olduğu Salmonella epidemiyasına görə ABŞ-ın şimal-şərq ştatlarında 16 nəfərin xəstələndiyini, 6 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.


Mərkəz Nyu-York, Nyu-Cersi, Konnektikut və Massaçusets ştatlarında ümumilikdə 16 hadisənin aşkar edildiyini qeyd edib.

Epidemiyaya səbəb olan qiymə mal əti üçün hələ də geri çağırış verilməyib.

Xəstələrin faktiki sayının daha çox ola biləcəyi və başqa əyalətlərdə də müşahidə oluna biləcəyi və araşdırmaların davam etdiyi bildirilib.

Salmonellanın simptomlarına ishal, ürəkbulanma, qusma və qızdırma daxildir.

Əksər hallarda simptomlar bir neçə gün ərzində yox olsa da, xüsusilə gənclərdə və immun sistemi zəif olanlarda zaman-zaman xəstəxanaya müraciət etmək lazım gələ bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu