“Kinder Surprise”də təhlükəli infeksiya aşkarlandı - 60 uşaq yoluxub


Böyük Britaniyada 60-dan çox uşaq “Kinder Surprise” adlı yumurta formalı şokoladlardan salmonellaya (təhlükəli qida infeksiyası) yoluxub.


“Qafqazinfo” xəbər verir ki, bu barədə İngiltərə Qida Standartları Agentliyi (FSA) açıqlama yayıb.

Bildirilib ki, müəyyən ölçülərdə və qablaşdırmada olan “Kinder Surprise” məhsullarının geri çağırılması qərara alınıb.

“Kinder Surprise” istehsal edən “Ferrero” şirkəti də açıqlamasında son istifadə tarixləri olan məhsulların yeyilməməsi və geri qaytarılmasını istəyib.

Qeyd edilib ki, bu infeksiya, əsasən, 5-6 yaş arası uşaqlarda aşkarlanıb.

İngiltərədən başqa, İrlandiya, Fransa, Almaniya, İsveç və Niderlandda da salmonellaya yoluxma müşahidə olunub.

Qeyd edək ki, salmonellanın simptomlarına ishal, ürəkbulanma, qusma və qızdırma daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu