Bakıda mağazalarda satılan “Kinder”lərdə təhlükə var?


“Azərbaycana idxal olunan “Kinder Surprise” yumurtalarında salmonella bakteriyası aşkarlanmayıb”.


Bunu AQTA sədri Qoşqar Təhməzli Milli Məclisdəki çıxışında bildirib.

O vurğulayıb ki, dünyada “Kinder” məhsullarının yığışdırılması ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur: “Söhbət Belçikada istehsal olunan “Kinder”in 6 növündən gedir. Bu məhsullardan Azərbaycana da bəzi partiyalar gəlib.

Yoxlamalarımız zamanı heç bir bakteriya aşkarlanmayıb. İstər Səhiyyə Nazirliyi, istərsə də bizim quruma salmonella ilə bağlı heç bir təcili bildiriş vərəqəsi daxil olmayıb. Hazırda mağazalarda satılan məhsullar o partiyaya aid deyil”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu