Yeni Kaledoniyada küçələr döyüş meydanına çevrilib
Fransanın Sakit Okeandakı muxtar bölgəsi Yeni Kaledoniya adasında gərginlik yüksəlir.
Yeni Kaledoniya konstitusiyasını bölgədə yaşayan fransızların xeyrinə dəyişəcək qanun təklifi etirazla qarşılanıb. Hadisələr zamanı 54 mühafizəçi yaralanıb, 82 nümayişçi saxlanılıb. Paytaxt Noumea şəhərində komendant saatı elan edilib.
Yeni Kaledoniya konstitusiyasının bölgədə yaşayan fransızların xeyrinə dəyişdirilməsini təklif edən qanun ada sakinləri arasında çaşqınlıq yaradıb.
Qanun Fransa parlamentində müzakirə olunarkən başlayan nümayişlər zorakılığa çevrilib.
200 maşın və 50-dən çox obyekt yandırılıb. Hadisələr zamanı 54 mühafizəçi yaralanıb, 82 nümayişçi saxlanılıb.
Hadisələrlə əlaqədar paytaxt Numeada komendant saatı elan edilib və əhaliyə sakitlik çağırışı edilib.
Səsvermə sisteminin dəyişdirilməsi ilə bağlı qanun layihəsinə görə, 10 ildir Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşları əyalət seçkilərində səs verə biləcəklər.