“Qarabağ” stadiona gələcək azarkeşlərə sürpriz vəd etdi


UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Lex” oyununa gələcək azarkeşləri sürpriz gözləyir.


AFN.az xəbər verir ki, bu barədə klubunun feysbuk səhifəsində məlumat yayılıb.

“Oyun günü 18:30-dan etibarən Vətən müharibəsi qazilərinin iştirakı ilə konsert proqramı təşkil olunacaq”.

Qeyd edək, “Qarabağ” – “Lex” oyunu iyulun 12-si saat 20:00-da start götürəcək. Komandalar arasında Poznandakı ilk matçda ev sahibləri 1:0 hesablı qələbə qazanıb. Oyuna 15 minə yaxın bilet satılıb. Bilet satışları hələ də davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu