“Qarabağ”ın oyunu üçün yalnız bu biletlər satışda qalıb


UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” və Macarıstan “Ferentsvaroş”u arasında keçiriləcək ilk oyun üçün 28 min bilet satılıb.


Klubdan verilən məlumata görə, hazırda satışda yalnız 50 manatlıq biletlər qalıb.

5, 10 və 20 manatlıq biletlər isə hamısı satılıb.

Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” oyunu avqustun 3-ü saat 20:00-da başlayacaq. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu