“Qarabağ” – “Braqa” oyununun biletləri tükənmək üzrədir
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubuna qarşı keçirəcəyi ev oyununun biletləri tükənmək üzrədir.
“Report”un məlumatına görə, görüşün keçirilməsinə hələ 3 gün vaxt qalsa da, artıq 29 400 bilet satılıb.
Hazırda 5 sektor üçün ümumilikdə 500 bilet sahibini gözləyir. Həmçinin VİP-ə də satılmayan 100-ə yaxın bilet qalıb.
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Braqadakı ilk görüşdə “Qarabağ” 4:2 hesablı qələbə qazanıb.