Heydər Əliyev prospekti istiqamətində hərəkət məhdudlaşdırılacaq


Aparılan cari təmir və təmizlik işləri ilə əlaqədar olaraq Heydər Əliyev prospektində Bağırov körpüsünün yan yollarında, həmçinin Babək prospektinin Günəşli qəsəbəsi istiqamətində düşən hissəsində hərəkət qismən məhdudlaşdırılır.

Bu barədə AFN-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, sürücülərdən sözügedən ərazilərdə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu