Sol qolu olmayan vətəndaşa ürək xəstəsi kimi əlillik verildi - VİDEO


Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən AFN.az-a bildirilib ki, İmişli rayon sakini Qurbanov İlqar Seymur oğlunun paylaşdığı videoda sol qolunun amputasiyası olduğu halda guya ona ürək xəstəliyi ilə bağlı əlillik təyin edildiyi barədə söylədikləri əsassızdır.


"İlqar Qurbanova “sol bazunun yuxarı 1/3-dən travmatik amputasiyası” diaqnozuna uyğun olaraq əlillik təyinatı aparılıb. Ona orqanizm funksiyalarının 80% pozulmasına görə, yəni 2-ci dərəcə müddətsiz (ömürlük) əlillik təyin edilib. Həmin əlillik dərəcəsi üzrə də İlqar Qurbanova e-sistem üzərindən proaktiv qaydada aylıq sosial ödənişlərin təyinatı aparılıb" - deyə agentliyin açıqlamasında qeyd edilib .

***

İmişli sakini əlillik alan zaman kuryoz hadisə ilə üzləşib.


AFN.az xəbər verir ki, dəfələrlə əlillik almaq üçün müraciət etdiyini deyən vətəndaş süründürməçiliklə bağlı sosial şəbəkələrdə çıxış etdikdən sonra ona əlillik təyin edilib: "İmişli və Bakı Əlilləri Bərpa Mərkəzi birlikdə mənə əlillik "təşkil ediblər. Mesaj gəldi tezbazar ki, sənə əlillik təyin edildi. Özüm də sevindim ki, şikayətə baxırlarmış, operativ reaksiya varmış. Heç demə, İmişlinin baş həkimi Anar mənə sol qolum olmaya-olmaya ürək xəstəsi kimi əlillik yazıb. Mən iş qəzası ilə pensiyaya çıxmalı idim, ürək xəstəliyi ilə çıxarıblar. Çox gülünc vəziyyətdir. Mənim qolum olmaya-olmaya ürək xəstəliyi ilə əlillik verilib".

Videomüraciətlə BURADAN tanış ola bilərdiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu