Ermənistan prezidentinin vəziyyəti ağırlaşıb


Ermənistan prezidenti Armen Sarkisyanın səhhətindəki vəziyyət ağırlaşıb.



“Report” xəbər verir ki, bunu Ermənistanın Prezident Aparatının Mətbuat xidməti açıqlayıb.

“Koronavirusun yeni növünə yoluxan və evdə müalicə alan prezident Armen Sarkisyan xəstəxanaya yerləşdirilib. Prezident Sarkisyanın yüksək hərarət və ikitərəfli pnevmoniya da daxil olmaqla, xəstəliyə xas simptomları var”, - Mətbuat xidməti bildirib.

Xatırladaq ki, yanvarın 5-də Ermənistan prezidenti Armen Sarkisyana COVID-19 diaqnozu qoyulub. Bundan başqa, onun həyat yoldaşı Nune Sarkisyanda da koronavirus aşkarlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu