Navalnı Rusiyaya qayıdır
Rusiyalı müxalifətçi və bloqer Aleksey Navalnı yaxın günlərdə vətənə qayıdacağını deyib.
Gələcəyin Rusiyası Partiysasının sədri “Twitter”də bildirib.
Navalnı bildirib ki, Rusiyaya qayıtmaq məsələsi heç vaxt onun qarşısında olmayıb: "Məsələ ondadır ki, mən heç vaxt getməmişəm. Almaniyaya isə reanimasiya qutusunda gətirilmişəm. Yanvarın 17-də evə geri dönürəm. Qarşılayın!”.
Xatırladaq ki, Aleksey Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb. Almaniya Navalnıdan götürülən nümunələr üzərində aparılan toksikoloji testlərdə "Noviçok" qrupuna aid olan sinir iflicedici maddənin izlərinin tapıldığını bəyan edib. O, Almaniyada müalicə olunurdu.(hit.az)