Aleksey Navalnı 16-cı dəfə cəza kamerasına salınıb


Hazırda həbsdə olan tanınmış rusiyalı müxalif siyasətçi Aleksey Navalnı yenidən cəzaçəkmə kamerasına göndərilib.


AFN.az xəbər verir ki, bunu onunla birgə Vladimir vilayətinin Melexovo kəndindəki 6 saylı (İK-6) ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən siyasətçi dostu İvan Jdanov bildirib. "Navalnı daha 15 günlük ŞİZO aldı. Bu gün səhər saat 9.30-da komissiya var idi. Hələlik başqa təfərrüatlar yoxdur", - Jdanov yazıb.

Navalnı artıq 16-cı dəfədir ki, İK-6-da cəzaçəkmə kamerasına salınır. Siyasətçi ötən yayın ortalarından bu cəzaçəkmə müəssisəsindədir. Əvvəllər Navalnını ŞİZO-ya yerləşdirmək üçün xırda məişət məsələləri kimi səbəblər göstərilirdi.

Navalnı sonuncu dəfə mayın 11-də ŞİZO-ya yerləşdirildiyini elan etmişdi. "Məhkum Navalnı təhsil işinə töhvə vermir və özü üçün lazımi nəticələr çıxarmır" - deyə o zaman açıqlama verilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu